İspaniyadan QƏRAR: Ukraynaya hansı silahların göndəriləcəyi AÇIQLANDI

İspaniya Ukraynaya hərbi yardım göndərəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə İspaniya hökuməti müvafiq qərar qəbul edib.

Qərara əsasən, Ukraynaya hücum silahları - mindən artıq pulemyot və qumbaraatanlar, həmçinin 700 mindən artıq pulemyot və snayper patronları göndəriləcək.

Qeyd edilən yardım martın 4-də iki təyyarə vasitəsilə göndəriləcək.