"Kərəm Həsənova məxsus oteldə gizlin seçki müzakirələri"

“Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsisdə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ciddi müzakirə olunduğu yönündə informasiyalar dolaşır. Sabahinfo.az-a daxil olan məlumata görə Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşən məkanda seçkilərin normal gedişinə süni maneələrin yaradılması, namizəd saýının çox olması nəzərə alınaraq hansı namizədə "yaşıl ışıq" yandırılması əsas müzakirə mövzusu olub. 

Bayram tətilini məhsuldar keçirməyə çalışanlar öz aralarında qərar da qəbul ediblər. Hələlik bu görüş və əldə edilən qərar barəsində geniş ictimaiyyətə məlumat verilməsə də təbliğat-təşviqat kampaniyası dövründə əməli addımların atılacağı bildirilir. 

Onu da bildirək ki, müzakirədə əsas iştirakçılar əslən cənubdan olan iş adamları və tanınmışlar olublar.

Qeyd edək ki, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.

 Adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Onu da bildirək ki, “Lotu Qulinin öldürüldüyü otelin azərbaycanlı sahibi Sərxan Babayevlə bağlı da ölkə mediasında maraqlı informasiyalar yayılıb . Həmin məlumatda bildirilir ki, bu şəxs DetAl Holdinqin baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.

Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Administrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir.

P.S. Qarşı tərəfin mövqeyini isıqlandırmağa hazırıq