Kitabxanaya “Buta və ya Qarabağ xalçasının sirri” nağılı təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar layihə həyata keçirilir.

Layihə çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucusu, tanınmış yazıçı, publisist, şair, Prezident təqaüdçüsü Gülzar İbrahimova kitabxanaya “Buta və ya Qarabağ xalçasının sirri (Qarabağ xalçasının Buta sirri)” nağılını təqdim etdi.

Dünyada bənzəri olmayan Qarabağ diyarı, burada yaşayan Buta adlı gözəl qızın mərhəməti, təbiətə vurğunluğu “nağılçı nənənin” şirin nağıl dili ilə təsvir olunur. Nağılda gözəl Qarabağın mədəniyyətinin qədimliyini sübut edən və dillər əzbəri olan məşhur xalçalarının sirrini açıqlayır. Nağıldakı xalçanın dərdlərə məlhəm olan gücünü qələmə alan yazıçı insanları təbiəti sevməyə, mərhəmətli olmağa səsləyir. Ovçu Dadaşın ədələtsizliyi isə Qarabağ xalçasının möcüzəsi nəticəsində cəzasız qalmır. Müəllif keçmişimizdən bu günümüzə gələn həyatın və əbədiliyin simvolu olan milli ornamentimiz butanı da oxuculara sevdirir.

https://drive.google.com/file/d/1vUFgpZA3jRv0_zoENCotAyxUKxOmOoHb/view?usp=drivesdk keçiddə nağılın mətni yerləşdirilib.