Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 94, 94B, 96, 98 və 100 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında asfalt örtüyünün yenilənməsi, məhəllədaxili yolların işıqlandırılması, məhəllələrin abadlaşdırılması, işlə təmin olunma, daşınmaz əmlakın sənədləşdirilməsi və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır.

Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.