Koronavirusa yoluxmuş şəxslər peyvənd olunacaq? - TƏBİB açıqladı

TƏBİB koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmasının nəzərdə tutulub-tutulmayacağına aydınlıq gətirib.

sabahinfo.az-ın məlumatına görə, TƏBİB-dən bildiriblər ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir.

6 aydan sonra tibbi cəhətdən qandakı anticisimlərin zəiflədiyi nəzərə alınaraq, vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupuna aiddirsə, peyvənd oluna bilər.