“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır

23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində ‘‘Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu və dövlət bayrağımız dalğalandırıldı.Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu.Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır.Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər,o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.

Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.

“Laçın” sərhədburaxılış məntəqəsinin yaradılması strateji əhəmiyyətə malikdir və yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması,həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

 Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir.Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.Qarşı tərəf anlamalıdır ki, həm Ermənistanın, həm də onu himayə edənlərin bu cür yanaşmaları bölgəmizdə yaranacaq sülhə və inkişafa xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən gələcəkdə yaranacaq hər hansısa mənfi hallara görə Ermənistan tərəfi məsuliyyət daşıyır.Azərbaycan tərəfi hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır.Əgər Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsini və inkişaf etməsini, sivil dünyanın bir parçası olmasını istəyirsə, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkməli, xarici siyasət kursunu düzgün planlaşdırmalı, konstruktiv danışıqlara yaşıl işıq yandırmalıdır.Bunun üçün Ermənistan ölkəmizlə sülh razılaşmasının əldə olunmasında istəkli və qərarlı olduğunu açıq şəkildə nümayiş etdirməli, regionda qalıcı sülhün yaradılması üçün ilk növbədə həlli zəruri məsələləri icra etməlidir.Bunlardan ən başlıcası isə qarşılıqlı olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımalı, iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunmasına razılıq verməlidir.

Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə,silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdıracaq.Bu isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə hələ də qalmaqda olan 10 minə yaxın erməni silahlısının Azərbaycana qarşı müqavimət potensialını zəiflədəcək.Nəticə etibarı ilə ərazilərimizin qanunsuz silahlılardan təmizlənməzi prosesini sürətləndirəcək.

Cənab Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir:“Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhədburaxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.Bu milli maraqların qorunması naminə siyasi iradənin nümayişisir. Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri