Lavrov üçtərəfli görüşün təxirə salınmasından DANIŞDI: “Ermənilər bu cür imkanı qaçırdılar”

“Təəssüf ki, ermənilər bu cür imkanı qaçırdılar”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı deyib.

Rusiya XİN başçısı Ermənistanın bu günə planlaşdırılan Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək imkanını qaçırdığını qeyd edib.