Layihə çərçivəsində həssas qruplara təlim keçirildi

QHT-lərə Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi “Müharibədən  zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” layihəsini icra edir.
 Layihənin rəhbəri Maral Zamanovanın Sabahinfo.az-a verdiyi məlumatda qeyd edilir ki, layihə müharibədən  zərərçəkmiş vətəndaşların, xüsusi ilə həssas qrupdan olan şəhid ailələrinin və müharibə iştirakçılarının aktivliyinin artıtılmasından bəhs edir.
 İctimai birlik ilk təlimini  keçirdi.
Təlimdə şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri, layihə icraçıları iştirak etdilər.
İctimai birlik rəhbəri Maral Zamanova   çıxış edərək “ Müharibədən  zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” layihəsi barədə geniş məlumat verdi.
Daha sonra layihənin eksperti  müharibədən  zərərçəkmiş vətəndaşlarımıza , həssas qruplara psixoloji dəstək olaraq onların cəmiyyətə  inteqrasiyasına yardımçı olmaq, bir fərdinə çevirmək üçün belə təlimlərin vacibliyini qeyd etdi.
 Ekspert  həmçinin vurğuladı ki, məqsədlərə çatmaq üçün bu fəaliyyətləri həyata keçirəcəklər:
Müharibədən  zərərçəkmiş vətəndaşlarımız , həssas qruplarla  məşğul olacaq, onların vaxtının səmərəli təşkili üçün bu gün sorğular keçiriləcək.
Aktivliklərini artırmaq üçün mühitlərini dəyişmək məqsədi ilə səyahətlər təşkil olunacaq. Şuşaya səyahət  baş tutacaq.
Geniş müzakirə, sorğu şəraitində baş tutan təlimdə şəhid Allahyar Nəsibovun oğlu Səlcuq Nəsibov, 20 yanvar ictimai birliyinin sədri Sultan Əzimzadə, şəhid yoldaşı Həcər İsmayılova, Məmmədəli Şıxnəbiyev Şuşaya səyahət baş tutarsa həqiqətən də onların əhvalında müsbət dəyişikliklərin baş verəcəyini, dövlətimizin həssas qruplara qayğısını bir daha hiss edəcəklərindən psixikalarında müsbət dəyişiklər olacaqlarını vurğuladılar.
Aktiv müzakirədə belə təlimlərin  faydalarıni qeyd edən layihə eksperti bu layihələrin davamlı olmasını arzuladı. Təlimdə 30-dan çox iştirakçı minnətdarlıqlarını bildirdilər.
Təlimin sonunda layihəyə töhfə olaraq, şəhidlərin xatirəsinə  Maral Zamanova  çay süfrəsi düzənlədi.