Leyla Allahverdiyeva: "Türkiyə Ərdoğanın rəhbərliyi ilə..."

Türkiyə Respublikası son 20 il ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox böyük inkişaf yolu keçib.

Son illərdə bütün sahələrdə mühüm uğurlar əldə edib.Türkiyənin imza atdığı daha bir tarixi uğur milli avtomobil istehsalı olan "Togg" markasıdır. "Togg" kimi qlobal texnologiya markasının istehsalı qardaş ölkənin yüksək texnologiyalar sahəsində qazandığı uğurları Türkiyənin gücünün ifadesidir. "Togg" elektrobobilinin T10x modeli aprelin 4 - də Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.Prezident Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən "Togg" elektromobilnin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.