Latviya səfirliyində tədbir

Bakı şəhəri 276 №-li tam orta məktəbdə 13.01.2023-cü il tarixdə OCEP layihəsi çərçivəsində Latviyaya həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa və səfirliyin müşaviri Elmira Mirzəyeva, ETN Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, BTŞ-nin müdir müavini Hüseyn Əsgərov, Binəqədi İH –nin şöbə müdiri Nicat Allahverdiyev, MOK-un məsləhətçisi Səkinə Vəliyeva iştirak etdilər.

Tədbirdən əvvəl qonaqlar Latviyaya həsr olunmuş sərgiyə baxdılar, məktəblə tanış oldular, idmançı şagirdlərlə görüşdülər. Məktəbin akt zalında şagirdlərin iştirakı ilə hazırlanmış, Latviyaya həsr olunmuş kompozisiya təqdim olundu. Sonda qonaqlar öz təəssüratlarını bölüşərək, iştirakçı şagirdlərlə xatirə şəkli çəkdirdilər.

Vüsalə Abdullayeva