Mağazası 3-cü dəfə yanan şəxsin ÜRƏYİ PARTLADI

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın nəticəsində bir nəfər ölüb, əraziyə cəlb olunan FHN işçiləri isə xəsarət alıblar.

Sabahinfo.az xəbər verir ki, azxeber.com yanğında vəfat edən 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovla bağlı bəzi məlumatlar əldə edib.

Belə ki, yanğında vəfat edən şəxs mərhum xalq artisti Ramiz Novruzun oğlu, tanınmış aktyor Cavidan Novruzun dayısıdır. 

Hadisə ilə bağlı danışan Cavidan Novruz məlumatı təsdiqləyib:

"Bəli, təəssüf ki, xəbər doğrudur. Vəfat edən şəxs mənim dayımdır. 3-cü dəfədir ki, başına belə iş gəlir, mağazası yanır. Bu dəfə artıq ürəyi dözmədi. Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb. Artıq dəfn də olunub”.