Mahsun Kırmızıgül: "Heç bir konsertimdə bu qədər ağlamamışdım" - VİDEO

Ötən gecə türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıda konsert verib. 

Sabahinfo.az xəbər verir ki, sənətçi konsertlə bağlı təəssüratlarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb. 

"Bakıdan zəlzələ bölgəsinə bir könül körpüsü qurduq. Azərbaycan xalqına ölkəmizdəki fəlakətdə etdikləri yardımlara görə bütün zərərçəkənlər adından təşəkkür etdim. Bu gecə həyatımın konserti oldu. Heç bir konsertimdə bu qədər ağlamamışdım. Ağlatmamışdım... Bakının qəlbi bizimlədir.Çətinlikdə olan bütün insanların yanındayam".