Malik Həsənov seçicilərlə görüşüb

 

Aprelin 6-da Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində seçicilərlə görüşüb.

Görüşdə iştirak edən seçicilər onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Millət vəkili Malik Həsənov ölkəmizin iqtisadi imkanlarından, dövlətimizin güclü sosial siyasətindən bəhs edib. Bildirib ki, vətəndaş amili dövlət siyasətinin əsasında dayanır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını mühüm vəzifə kimi qarşıya qoydu. Dövlət başçısının təkcə cari ilin ilk ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən Fərman və Sərəncamlarına diqqət yetirmək kifayətdir.

Malik Həsənov, həmçinin ölkəmizin həyatında yeni mərhələ olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, soydaşlarımızın gələcəkdə yüksək yaşayışını təmin etmək üçün yaradılan şəraitdən danışıb. Vurğulayıb ki, bütün işlərin sıfırdan öz daxili imkanlarımız hesabına həyata keçirilməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Hazırda bütün regionlarımız inkişaf dövrünü yaşayır.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.