Masallıda seçicilərlə növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Masallı şəhərində seçicilərlə növbəti görüş keçirildi.

Natiqlər seçiciləri seçki prosesindəfəal olmağa, ölkəmizdə gedən möhtəşəm proseslərdə daha yaxından iştirak etməyə və fevralın 7-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər. 

Məşhur Məmmədov

Milli Məclisin deputatı