Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib

Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” Milli Məclisin qərarın layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.