Məktəb direktorları və müavinləri nə vaxt sertifikasiyadan keçəcək?

“Ötən həftələrdə sertifikasiya imtahanlarına yaşı 60-a qədər ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri cəlb edilib”.

Sabahinfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, növbəti aylarda da sertifikasiya imtahanları nəzərdə tutulub:

Şöbə müdiri deyib ki, bu, ötən il sertifikasiyada iştirak edib uğur qazana bilməyən, eyni zamanda 60 yaşı tamam olmuş və qeyd edilən ixtisaslar üzrə çalışan müəllimlərlə bağlı olacaq: "Yaşı 60 və daha yuxarı olan müəllimlərlə bağlı hansı qərar veriləcəksə, ona uyğun da təşkil ediləcək. Bununla bağlı dəyişikliklər artıq qüvvəyə minəndən sonra qərar veriləcək”.

E.Bağırova görə, məktəb direktorları və direktor müavinlərinin sertifikasiyada iştirakı hazırda nəzərdə tutulmur:

“Hazırda prioritet olan 140 minə yaxın müəllimin sertifikasdiyadan keçməsidir. Yalnız bundan sonra bu məsələni də düşünmək olar".

Onun sözlərinə görə, hansı illər üzrə hansı fənlərdən sertifikasiya imtahanının keçirilməsi barədə əvvəlcədən Nazirlik tərəfindən məlumatlar veriləcək.