Məktəblilər palçıq vulkanlarının yaratdığı fəsadlar və ətraf mühitə təsiri barədə məlumatlandırılıb

Sentyabrın 22-də “Seysmologiya Sahəsində Maarifləndirmə” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Palçıq vulkanlarının yaratdığı fəsadlar, ətraf mühitə təsiri və insanların maarifləndirilməsi” layihəsi çərçivəsində  Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbin kollektiv və şagirdlərinə təlim keçirib.
Təlim iştirakçılarına vulkanların təhlükəli fəsadları ilə tanış etmək və baş verə biləcək nəticələri ilə bağlı məlumatlandırmaq məqsədi ilə slayd və digər təşviqat materialları nümayiş etdirilib.
Təlimin sonunda məktəbin direktoru Pərvanə Səfərova çıxış edərək, keçirilmiş tədbirlə bağlı İctimai Birliyin Sədri Afaq Səmədzadəyə öz təşəkkürünü bildirib.