Məşhur Məmmədov qəbul keçirib

Bu gün Masallıda ənənəvi qəbul keçirdik. Qəbulda 2 seçici Qazi olmaqla 12 nəfər iştirak edirdi. Sakinlərin səsləndirdiyi problemlərin əksəri yerində həllini tapdı, bəzilərinin həlli üçün müvafiq qurumlara müraciət edilməli olmaları izah olundu.

Qəbulda köməkçilərimlə yanaşı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edirdi. Qəbul-görüşlərimiz davam edir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı