Millət Vəkili Rəşad Mahmudov Qazi Sərdar Fərhadovu ziyarət edib 

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Millət Vəkili Rəşad Mahmudov Respublika Klinik Xəstəxanasında Qazi Fərhadov Sərdar Gülmirzə oğlunu ziyarət edib.

Rəşad Mahmudov və xəstəxananın tibb heyəti birgə müzakirələrdən sonra Sərdar Fərhadovun umumi səhətində ciddi problemin olmadığı və ayagında olan İlizarov aparatının təqribən bir ay sonra ayrılması planlaşdırıldığı qeyd edilib.

Rəşad Mahmudov Qazi Sərdar Fərhadova göstərdiyi şücaətlərinə görə təşəkkür edib, tezliklə sağalaraq ayağa durması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib. Ən qısa zamanda sağalaraq onun ailəsinin, doğmaları və dostlarının yanına qayıtmağı və fəaliyyətinə davam etməyi arzulayıb.