Millət vəkili şəhid ailəsi ilə görüşdü

Milli Məclisin deputatı Mahir Abbaszadə şəhid leytenant Ətraf Qənimətovun ailəsi ilə görüşüb. Qeyd edək ki, Ətraf Qənimətov Laçın rayonu Vəlibəyli kəndindəndir. 

Cəbhənin Füzuli istiqamətində öz tabeçiliyində olan igid əsgərlərlə birlikdə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. Son döyüş zamanı özü də yaralı olmasına baxmayaraq digər yaralı yoldaşlarını döyüş meydanından çıxarmış, sonuncu yaralı yoldaşlarını çıxararkən düşmən snayperinə tuş gələrək Qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.

Nişanlı idi...

Allah rəhmət eləsin. Bu cür Qəhrəman oğullarımızla qürur duyuruq. Bu gün onun yolunu qardaşı Rahim Qenimetzade davam etdirir. Bir ölər, Min dirilərik. Vətən sağ olsun!

Nə qədər ki biz varıq, deməli Ətraf da yaşayır.

ŞƏHİDLƏR ÖLMƏZ! VƏTƏN BÖLÜNMƏZ!

Laçın rayonu Vəlibəyli kənd sakini Qənimətov Ətraf Oktay oğlu .

20.03.1997 ci ildə anadan olub .Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsində qəhrəmancasına döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin təltiflərinə layiq görülüb:

30.10.2020 tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub

. 15.12.2020 tarixdə Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda " medalı

18.12.2020 tarixdə "Döyüşdə fərqlənməyə görə " medalı

25.12.2020 tarixdə Füzulinin azad olunmasına görə medallar