Milli Cəbhə Partiyası - MCP -nın BƏYANATI

Milli Cəbhə Partiyası Fransa Senatının məlum qətnaməsi ilə bağlı bəyanat yayıb. SABAHİNFO.AZ xəbər verir ki, bəyantda aşağıdakılar qeyd olunub.

Tarixin üz qarası, insanlıq adına utanc verici, ən dəhşətli hadisələrdən biri Əlcəzair soyqırımıdır. 1,5 milyon əlcəzairli, yaşlı, uşaq, qadın demədən, qətlə yetirilib, həm də vəhşicəsinə, xüsusi amansızlıqla. Bəs bu qətliamı, bu vəhşiliyi kim törədib? Fransa.

Əlcəzair xalqı 132 il (1830-1962) Fransanın müstəmləkəsi altında əzilib. Və bu illər ərzində haqqları olan müstəqillik uğrunda mübarizə apardıqları üçün də Fransa tərəfindən tarixin ən dəhşətli soyqırımlarından birinə məruz qalıblar. Lakin fransız zülmü bunula bitməyib, Fransa dövləti Afrikanın bir çox ölkəsində amansız vəhşiliklər törədib. Bu gün isə o Fransa yenə öz məkrindən geri qalmır, demokratiya pərdəsinə bürünərək işğalı, işğalçını, təcavüzkar Ermənistanı dəstəkləyir, haqqlı olan Azərbaycana qarşı müxtəlif yollarla təziqlər göstərir.

Milli Cəbhə Partiyası (MCP) Fransanın Azərbaycana qarşı, beynəlxalq hüquqa, ədalət prinsiplərinə zidd olan bu tutumunu, qərəzini, təziqlərini qınayır, pisləyir.

Azərbaycan torpaqları 30 il Ermənistanın işğalı altında qaldı. Azərbaycan xalqı Xocalıda Erməniustanın soyqırımına məruz qaldı. 1 milyondan çox azərbaycanlı evindən, torpağından qovuldu, qaçqın həyatı yaşadı. Amma Fransa bu rəzalətə, vəhşiliyə, işğala nəyinki qarşı çıxdı, əksinə hər zaman işğalçının, Ermənistanın yanında oldu.

Nəhayət 27 il sonra Azərbaycan bütün sülh cəhdləri boşa çıxdıqdan sonra və Ermənistanın yenidən Azərbaycana qarşı hərbi təxribatlar törətməsindən sonra öz torpaqları uğrunda savaşa qalxdı. O torpaqlar ki, bütün beynəlxalq hüquq, sənədlər o ərazini Azərbaycan hüquqi ərazisi kimi tanıyır. Bəli, 44 günlük savaşda doğru siyasət, güclü dövlət, güclü ordu strategiyası, xalq-dövlət həmrəyliyi, birliyi nəticəsində inanılmaz gerçəkləşdi, Azərbaycan 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi.

Lakin bununla savaş bitmədi. Azərbaycanın bu uğurunu, tarixi zəfərini qəbul edə bilməyən, işğalçının yanında olan, 30 il işğala, Azərbaycanın hüquqlarının taptanmasına susan dövlətlərin səsləri çıxmağa başladı. Bu dövlətlərdən də biri, hətta elə binrincisi Fransadır.

Milli Cəbhə Partiyası olaraq biz buna təcüblənirkmi? Xeyr. Fransanın haqqın yanında olmasını, ədalətli olmasını gözləmək, buna inanmaq təcüb doğurardı.

Azərbaycana qarşı qərəzindən, kinindən əl çəkməyən erməni sevdalısı Fransa yeni bir tarixi rəzalətə imza atıb.

Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Hökumət bu sənəd ilə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib.

Milli Cəbhə Partiyası (MCP) Fransa hökumətini bu rəzilliyə son qoymağa çağırır. Fransa bu yolla Azərbaycana təzyiq göstərə biləcəyinə inanır. Lakin Azərbaycanı haqq yolundan döndərmək mümkün olmayacaq. Biz haqqlı tərəfik, biz öz torpaqlarımızdayıq, bizim kimsənin ərazisində, torpağında gözümüz yoxdur. Biz öz insanımızın hüquqlarını, beynəlxalq hüququ təmin etmişik.

Azərbaycan haqq tərəfdir. Bu, tarixən belə olub, belə də olacaq.

Daim Azərbaycan dövlətinin, dövlətçiliyinin yanında olan Milli Cəbhə Partiyası işğalçı, təcavüzkar Ermənistana himayədarlıq, ağalıq edən, bizə demokratiya “dərsi” keçməyə çalışan Fransanı dönüb öz keçmişinə, öz tarixinə diqqətlə baxmağa çağırır, baxacaq üzləri varsa.