Milli Məclis İlham Əliyevi təbrik etdi

Milli Məclis Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Sabahinfo.az xəbər verir ki, MM sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.

Qeyd edək ki, dekabrın 24-də Prezident İlham Əliyevin 61 yaşı tamam olur.