Milyarder Rusiya vətəndaşlığından imtina etdi

"Coalco International" inkişaf şirkətinin keçmiş sahibi, milyarder Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. 

"Əlişir Usmanovun keçmiş ortağı Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edən yeddinci milyarder oldu”, - jurnal qeyd edib. 

Məlum olub ki, iş adamı Xorvatiya və Dominika vətəndaşlığına malikdir.

Nəşr bildirir ki, milyarder Rusiya vətəndaşlığından imtina etdikdən sonra Rusiyaya yalnız işgüzar vizası ilə daxil olur. 

2010-2022-ci illərdə Anisimov Rusiya Cüdo Federasiyasının prezidenti olub. "Forbes" onun sərvətini 1,6 milyard dollar qiymətləndirir.