“Motivasiya klubu” çərçivəsində gənclər ilə görüş - FOTO

Motivasiya ən sadə mənası ilə “Bir şeyləri etmə arzusu” dur. Bəs gənclər üçün motivasiya nədir? bu suala cavab tapmaq üçün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin və Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialının birgə təşkilatçılığı ilə “Motivasiya klubu” çərçivəsində gənclər ilə görüş baş tutmuşdur.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin gənc könüllüsü eyni zamanda “Motivasiya klubunun” sədri Nəzrin Zeynalova və Tələbə Gənclər Təşkilatının sədri Mədinə Zeynalova çıxış edərək gənclərə klubla bağlı məlumatlar bölüşmüşdür. Nəzrin və Mədinə gənclər ilə birlikdə bir neçə psixoloji testlər edib, müxtəlif oyunlar oynayıb, komanda işləri həyata keçiriblər. Görüş zamanı universitetin bütün gəncləri aktiv iştirak etmiş və onlar üçün motivasiyanın nə olduğunu, motivasiyanın mənbəyini, motivasiyanın daimi aktiv qalması üçün hansı addımlar atılmalı olduğunu mənimsəyiblər. Davam edən görüş zamanı gənclərin sualları cavablanmış və sonda xatirə fotosu çəkilmişdir