Müharibə veteranı Mehriban xanım Əliyevanı təbrik edib

Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Hikmət Şikarov Azərbaycan Respunlikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:

Əziz və hörmətli Mehriban xanım,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Cənab Prezident İlham Əliyevin rəhbərliyi, Sizin uğurlu fəaliyyətiniz nəticəsində Azərbaycan Respublikası siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, dünya miqyasında öz layiqli yerini tutmuşdur.

 Bu gün beynəlxalq aləmdə və cəmiyyətdə yüksək nüfuzunuz, xalqın böyük rəğbətini qazanmağınız Sizin timsalınızda XXI əsr qadınlarımızın ictimai fəallığının parlaq örnəyidir. Müxtəlif dövrlərdə, ayrı-ayrı sahələrdə biz Sizin daim diqqət və qayğınızı görmüş, nəcib əməllərinizin şahidi olmuşuq. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralanan əsgərlərimizə, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına böyük diqqət və qayğınız, Azərbaycanımızın inkişafındakı xidmətləriniz, fədakarlığınız sayəsində xalqın sevimlisinə çevrilmisiniz. Bütün bunlara görə dərin hörmət və ehtiramımı bildirməklə, ad gününüzü təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayıram!