Naftalan seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Naftalan şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, təşviqat qrupunun üzvləri Hatəm Qocayev, Elman Alıyev və Zülfümar Nuriyeva çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın keçdiyi misilsiz inkişaf yolundan geniş bəhs edilib. Qeyd edilib ki, cənab İlham Əliyev Azərbaycanın torpaqlarını işğaldan azad edən Müzəffər Ali Baş Komandan kimi adını tarixə əbədi yazdırıb.

Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək.

Natiqlər seçiciləri bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı, qarantı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.