Nazarbayevin qardaşı vəfat etdi

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayev vəfat edib.

Sabahinfo.az-ın xəbərinə görə, məlumatı eks-prezidentin mətbuat katibi təsdiqləyib.

Bolat Nazarbayev 1990-cı ilərdən başlayaraq bizneslə məşğul olub və xeyriyyəçilik fəaliyyəti göstərib.