Nazirlikdən valideynlərə MÜRACİƏT

Elm və Təhsil Nazirliyi olaraq bildiririk ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir.

Bu barədə Sabahinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq", - deyə qeyd edilib.