Neft gəlirlərimizin azalması baş verib - Samir Şərifov

“2024-cü il dövlət büdcəsinin layihəsi müzakirəsini təqdir edirəm”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 21 noyabr tarixli iclasında Maliyyə naziri Samir Şərifov deyib

“Büdcə layihəsinə aid olan məsələlərlə birlikdə olmayan məsələlər də qaldırılır. Biz məsələləri aidiyyati orqanlara göndəririk. Hörmətli deputatlarımız tərəfindən qaldırılan təbii qaz, su, yol infrastrukturu, məktəblərin əsaslı təmiri və s. bu kimi məsələlər qaldırılıb. Bu məsələ ilə bağlı növbəti iclasların birində həmkarım Emin Əmrullayev çıxış edəcək. Azərbaycan Respublikasının prezidentinin müvafiq fərmanına uyğun olaraq geniş islahatlatın keçirilməsi nəzərdə tutulub. Vergilərin azaldılması təklifləri də irəli sürülüb. Bu məsələ olduqca həssasdır. Hər zaman belə qərar qəbul edildikdə büdcənin azalması məsələsini də nəzərə almalıyıq. Vergi azaldıqda büdcə gəlirlərində azalma olur, bunun nə ilə əvəzlənməsi ilə bağlı məsələyə baxmalıyıq. Vergi azad olmaları və ya azaldılması sosial-humanitar aspektdən də dəyərləndirilməlidir. Təqdim olunmuş büdcə layihəsi kifayət qədər yaxşı strukturdadır. Neft gəlirlərimizin azalması baş verib. İki faktordan asılıdır, neft yataqlarımızda hasilatın azalması və dünyada neftlə bağlı baş verənlər. Qeyri-neft sektorundan daxil olmalarımız ildən ilə artmaqdadır. Gələn il də atması gözlənilir. Lakin bu azalan neft gəlirlərini tam şəkildə əvəzləmir. Qarşımızda duran strateji baxımdan olduqca vacib məsələ işğaldan azad olmnuş ərazilərin bərpsı və renteqrasiyadır”.