Nigerdə komendant saatı ləğv edildi

Nigerdə ​​hərbçilər iyulun 27-dən qüvvədə olan komendant saatını  ləğv ediblər.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, komendant saatı barədə qərarı iyulun 26-da dövlət çevrilişi ilə Nigerdə ​​hakimiyyəti ələ keçirmiş Vətənin Qurtuluşu üzrə Milli Şurası verib.