“Ölkəmizdə suya olan tələbata dair proqnozlar elə də pozitiv deyil” - Elnur Allahverdiyev

“Ölkəmizdə suya olan tələbata dair proqnozlar elə də pozitiv deyil”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024 tarixli iclasında “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Elnur Allahverdiyev deyib.

“Qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik. Bu bütün dünyada izlənilən tendesiyadır. Biz də bu dünyanın bir parçasıyıq. Əhali çoxalır, iqtisadiyyat böyüyür. Bu da suya olan ehtiyacı artırır. Təbii ki, hökümətin bu barədə tədbirləri mövcuddur. Lakin təklifim ondan ibarətdir ki, dəniz suyunun təmizlənməsi, Kür çay suylarının filterlənməsi üçün özəl sektorlara şərait yaradılsın. Su təmziləyən texniki qurğularla sular təmizlənələrək içməli suya çevrilə bilər. Özəl şirkətlər də bu işlərə cəlb edilə bilər”./bakivaxti