"Paşinyan əylənərkən Azərbaycan diplomatik hazırlıqlar görür" - Erməni deputat

Azərbaycanın 4 kəndin təhvil verilməsi tələbi Ermənistan-Azərbaycan danışıqlar prosesində yeni bir şey deyil.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib. 

Onun sözlərinə görə, Azərbaycan lideri İlham Əliyev bir neçə ay əvvəl bu barədə açıq mətnlə çıxış edib: "O, anklav olmayan 4 kəndin qeyd-şərtsiz onlara təhvil verilməli olduğunu, 4 anklavla bağlı əlavə müzakirənin aparılmalı olduğunu deyib. 

Və Paşinyan və onun komanda yoldaşları əylənərkən Azərbaycan başqa bir tələbi həyata keçirmək üçün diplomatik və təbliğat hazırlıqlarını görür".