“Polşaya atılan raketlər texniki səhv ola bilər" - Ərdoğan

“Polşaya atılan raketlər texniki səhv ola bilər və ya başqa səbəblər ola bilər”.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ Prezidenti Cozef Baydenin hadisə ilə bağlı açıqlamasını xatırladıb.

“Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Amma məsələ araşdırılmalıdır.

Biz ən qısa zamanda Rusiya ilə Ukraynanı eyni masa arxasında əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün addım deyil”, - Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan söyləyib ki, Rusiya ilə Türkiyə arasında əlaqələr bütün sahələrdə inkişaf edib: “Biz qonşuyuq. Sülhün yolu dialoqdan keçir. Ukrayna ilə Rusiya arasında savaşın bitməsinə çalışırıq. Belə bir vaxtda müharibənin üçüncü tərəfinin ortaya çıxması doğru deyil”.