Prezident İlham Əliyev xəyalları gerçəkləşdirən bir Liderdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Hacıqabul rayonunun İkinci Udullu kəndində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri İbadulla Ağayev və Sahib Aslanov çıxış ediblər. Təşviqat qrupunun üzvləri əminliklə ifadə ediblər ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edəcək, ölkəmizi Qələbədən Qələbəyə aparan cənab İlham Əliyevə səs verəcək.

Seçicilər qarşıdan gələn seçkilərdə yekdilliklə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonra təbliğat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq kənd ərazisində seçiçilərlə fərdi görüşləri davam etdiriblər.