Prezident seçkiləri ölkədə siyasi sistemin daha da möhkəmlənməsinə xidmət edəcək 

"Azərbaycan qələbə əldə etdikdən sonra regionda yeni bir reallıqlar yaranıb. Bu reallıqlar ondan ibarətdir ki, artıq Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa edib. Hazırda Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız dalğalanmaqdadır. Təbii ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini zərurətə çevirən əsas məslələr var. Bu əsas məsələ ondan ibarətdir ki, biz ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində həm defakto, həm də deyuri seçkilərin keçirilməsinə nail ola biləcəyik".

"Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü Mahir Abbaszadənin sözlərinə görə, regionda tam müstəqil bir ölkə olan Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin bəzilərinin təxribat xarakterli davranışlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsinə ciddi ehtiyac var. Siyasi sistemin gücləndirilməsi isə seçkilərdən keçir: "Bu baxımdan növbədənkənar prezident seçkilərinin keçirilməsi böyük bir prosesdir. Bu proses ölkədə həm də siyasi islahatların aparılmasına çox böyük imkan yaradacaq. Həm də nəzərə alaq ki, Azərbaycanda seçki imkanları yüksək səviyyədədir. Belə ki, Seçki Məcəlləsinə əsasən istənilən şəxs prezident seçkilərində iştirak edə bilər. Bu bütün namizədlər üçün bərabər şəraitin yaradılmasını özündə ehtiva edir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun qəbul edilib. Bu qanuna uyğun olaraq siyasi partiyalar qeydiyyatdan keçib. Lakin prezident seçkilərlə bağlı sərəncam imzalayan kimi yenə də ənənəvi müxalifət bəyənatlar verməklə məşğuldur. Seçkilərdə iştirak etmək əvəzinə seçkilərlə bağlı manipuliyasiyalar həyata keçirir, qərəz nümayiş etdirirlər. Bütün bunlar onu göstərir ki, vaxtilə siyasi partiyalar qeydiyyatdan keçən zaman tələb olunan 5 min imzanı belə toplamaqda çətinlik çəkirdilər. Təxminən 2-3 dəfə Ədliyyə Nazirliyinə imzaların dəqiqləşdirilməsilə bağlı müraciət etdikdən sonra qeydiyyatdan keçdilər. Siyasi partiyaların bəziləri, hansı ki, indiyə qədər dağıdıcılıqla məşğul olublar, onlar indidən seçkidə uduzaqlarnı gördükləri üçün manipuliyasalara əl atrılar. Amma bütün bunların hamısı elə arzu olaraq qalacaq. Azərbaycan xalqı özünün müzəffər Ali Baş Komandanını, özünün liderini tanıyır. Prezident İlham Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirib. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, müstəqilliyin bərqərar olması və üzrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanması ilə bağlı verdiyi vədlərin hər birinə əməl edib. Düşünürəm ki, növbədənkənar prezident seçkiləri ilə bağlı verilmiş qərar əsalində bundan sonra Azərbaycanda islahatların davamlı şəkildə aparılmasına, siyasi sistemin möhkəmlənməsi və inkişaf etməsinə xidmət edəcək".