Prezidentin mesajı İrəvan və onun havadarlarına ciddi xəbərdarlıq idi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünən Qoşulmama Hərəkatında verdiyi mesajlar Ermənistan və onun havadarlarına ciddi  xəbərdarlıq idi.

“Ölkə.Az” xəbər verir ki, bunu parlamentin bugünkü növbədənkənar sessiyasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, Prezident bəyanatında bir daha vurğulayıb ki, Ermənistan hələ də 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın  bəndələrini hələ də icra etmir. “Ermənistan Azərbaycanda qanunsuz  hərbi birləşmələri hələ də saxlayır. Prezident mesaj verdi ki, Azərbaycan bu problemlərin istənilən yolla, o cümlədən hərbi yolla həlli hüququnu özündə saxlayır”, - o qeyd edib.