Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Sabahinfo.az xəbər verir ki, o, bu təyinatadək “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü olub.

Fuad Nəcəfli daha əvvəl "Paşa Holdinq"ə daxil olan bir sıra şirkətlərdə çalışıb.

Qeyd edək ki, 47 yaşlı F.Nəcəfli Naxçıvanın Şahbuz rayonundandır.