Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsinin təsnifatı müəyyənləşir

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Sabahinfo.az xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.

Layihə parlamentin oktyabrın 6-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.