Putinin İrana səfərinin tarixi məlum oldu

Rusiya prezidenti Vladimir Putinin noyabrın 1-də İrana səfər edəcəyi planlaşdırılır.

Sabahinfo.az-ın məlumatına əsasən, bu barədə Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov bildirib.

"Dövlət başçısının İrana səfərinə hazırlıq gedir”, - deyə Peskov əlavə edib.

Daha öncə V.Putinin ilin sonunadək "Azərbaycan-İran-Rusiya" formatında prezidentlərin üçtərəfli görüşündə iştirak etmək üçün İrana səfər edəcəyi bildirilmişdi.