Qalib dövlət, güclü sosial siyasət!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Hacıqabul rayonunun Atbulaq və Qızılburun kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədr müavini Hökmalı Mirzəyev, təşviqat qrupunun üzvləri Sahib Aslanov, Vüsal Nağıyev və Həbib İbrahimov çıxış ediblər. Seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağıran natiqlər Azərbaycan xalqının növbəti dəfə sağlam düşüncə əsasında öz vətəndaş mövqelərini nümayiş etdirəcəklərinə əminliklərini ifadə ediblər.

Seçicilər isə qarşıdan gələn prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Rayon təşkilatının nümayəndələri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq gün ərzində seçiçilərlə görüşləri davam etdirib.