Qarabağ ermənilərinin nümayəndələri geri döndülər

Xəbər verdiyimiz kimi, Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb.

Sabahinfo.az xəbər verir ki, görüşdə iştirak edən Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri artıq Qarabağa dönürlər.

Qeyd edək ki, bu gün Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil ediblər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.

Qeyd edək ki, görüş 3 saatdan artıq davam edib.