Qarabağda separatçılar yenə silah daşıyır - VİDEO

Erməni separatçıların Qarabağ ərazisində Rusiya sülməramlılarının himayəsi altında qanunsuz əməlləri davam edir.

Sabahinfo.az-ın məlumatına görə, növbəti dəfə daha bir belə fakt qeydə alınıb.

Belə ki, Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımaları həyata keçirilib.

Videodan göründüyü kimi, sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə erməni qeyri-qanuni silahlı birləşmələrinin döyüş mövqelərinə təminat vasitələri daşıyırlar.

Xatırladaq ki, daha öncə də Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımalarına dair videolar yayılmışdı.