Qarabağdakı rus sülhməramlıları üçün daha bir modul şəhərcik inşa edildi

Dağlıq Qarabağdakı rus sülhməramlıları üçün daha bir blok-modul şəhərciyi inşa edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, sayca dördüncü şəhərcik 60 yerlikdir.

“Rusiya sülhməramlı kontingentinin hərbi personalının Dağlıq Qarabağa yerləşdirilməsi şərtlərini yaxşılaşdırmaq üçün Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri Xaçmaç qəsəbəsində ən qısa müddətdə 60 yerlik daha bir blok-modul şəhərciyi inşa etdilər", - deyə bildirilib.

Məlumata görə, modul qəsəbələrin tikintisi şəxsi heyət üçün rahat həyat və məişət şəraiti yaratmağa, səhra yemək məntəqələrindən, hamam, çamaşırxana, səhra anbarlarından imtina etməyə imkan verir.

Şəhərçik həyat şəraiti sisteminin bütün zəruri komponentləri ilə təchiz olunub. Hər bir şəhərçiyin ərazisində hamam, tibb məntəqəsi, idman zalı, uniforma təmizləyici otağı, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.