"Qarabağdan Ermənistana silah-sursat daxil olub" - Erməni nazir

Qarabağdan köçmə prosesində Ermənistana silah-sursat da daxil olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Vahe Qazaryan parlamentdə hökumətlə sual-cavab iclasında deyib.

Onun sözlərinə görə, silahların bir qismi təhvil verilib: "Bizdə elə məlumat var ki, Qarabağdan silah və sursat daxil olub. İnsanlar könüllü olaraq gətirib təhvil verirlər. Üç gün ərzində Qarabağ erməniləri 4-ə yaxın tapança və 2 avtomat gətirərək təhvil veriblər".