Qarabağın cənnətə çevirilməsi üçün Cənab Prezident İlham Əliyevin qətiyyətli addımlarını həyata keçirməyə start verilib

Azərbaycanın yeni tarixini yazan Prezident İlham Əliyev bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu. Prezident İlham Əliyev cox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri və bu səfərlər çərçivəsində dövlət başçımız tərəfindən bir sıra strateji obyekt və müəssisələrin açılışının edilməsi nəinki dövlətimiz üçün , eləcə də region üçün müsbət dəyişikliklərin başlanğıcından xəbər verən mühüm hadisəyə çevrildi.

Ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlnın qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir. İşğaldan azad edilmiş bütün rayonlarımızın baş planları hazırlanıb başa çatdıqdan sonra bərpa-quruculuq işlərinə start veriləcək.

Ölkə ictimaiyyətinə ilk dəfə "ağıllı kənd" layihəsi barədə müjdə verən dövlətimizin başçısı bildirib ki, birinci "ağıllı kənd" layihəsi Zəngilanın erməni işğalı nəticəsində dağıdılmış Ağalı kəndində reallaşdırılacaq və kənddə layihənin icrası yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri- yəni 5 komponent üzrə aparılacaq.

İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Azad edilmiş Azərbaycan ərazilərinin Prezidentimizin birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması indiki pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə dövlətimizin gücünü və qüdrətini nümayiş etdirən möhtəşəm bir hadisədir.

Bu hadisələrdən biri də Laçın rayonunun Güləbird kəndində 8 meqavat generasiya gücü olan Su Elektrik Stansiyasının açılışı oldu. İşğalçı ölkə tərəfindən dağıdılmış Güləbird stansiyasının cəmi ay yarım ərzində bərpa edilərək istifadəyə verilməsi və digər alternativ enerji layihələrinin işə düşməsi dövlət başçımızın Böyük Qayıdışı təmin etməklə yanaşı Qarabağ bölgəsində həyatın canlanmasında yüksək əzm nümayiş etdirməsinin bariz nümunəsidir.

Eyni zamanda, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq. Eyni zamanda, Cənab Prezidentin göstərişinə əsasən Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanı tikiləcək. Nəticədə Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisi başlanıb. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir.

Cənab Prezidentin təbiri ilə desək Qarabağ cənnətə çevriləcək. Bunun üçün qüdrətli Azərbaycan dövlətinin həm iqtisadi gücü, həmdə haqqı var.

Cənnət Qarabağda insanlarımız hələ üzün illər əbədi yaşayacaqdır.

Elçin Quliyev