QAZAX ŞƏHƏRİ ƏDƏBİYYAT MUZEYİNDƏ KƏLAĞAYIDAN BƏHS EDƏN ƏDƏBİ-BƏDİİ GECƏ TƏŞKİL OLUNACAQ

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 8 Oktyabr 2023-cü il saat 11:00-da, Qazax şəhəri Ədəbiyyat muzeyində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçiriləcək.

Qeyd edək ki, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, Şəki və İsmayıllı rayonlarında kəlağayıdan bəhs edən ədəbi-bədii gecələr təşkil edəcəkdir.

Əlaqə telefonu: 051 622 51 13