Ötən həftə 30 nəfər xilas edilib - VİDEO

Ötən həftə ərzində 169 yanğına çıxış, 31 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.  

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 30 nəfər xilas edilib, 13 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.