Qəbələdə ana və qızı bıçaqlandı

Qəbələdə bıçaqlanma hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Rayon sakini, 1980-ci il təvəllüdlü Tahirova Elnarə Səfiyyədin qızı və onun 17 yaşlı qızı kəsilmiş-deşilmiş xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Salatın Əhmədiyyəzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.