Qənirə Paşayeva Daşkənddə gənclərlə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan - Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Daşkənddə gənclərlə görüşüb.

Daşkənddəki Abdulla Qadiri adına gimnaziyada təhsil alan gənclərlə maraqlı müzakirələrə gorə təşəkkür edən Komitə sədri, onlara təhsildə yeni uğurlar diləyib və onları maraqlandıran sualları cavablandırıb.

Azərbaycan-Özbəkistan qardaşlıq əlaqələrinin daha da güclənməsində, Türk dünyası birliyinin daha da möhkəmlənməsində gənclərin rolu barədə geniş fikirlərini söyləyən Qənirə Paşayeva gənclərə müəllifi və həmmüəllifi olduğu Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə aid kitabları da hədiyyə edib.