Qəzzada vurulan xəstəxanada 500-dən çox insan həlak olub

İsrailin Fələstinin Qəzza zolağında yerləşən Əhli Ərəb xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində 500-dən çox insan həlak olub. 

Sabahinfo.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"Əl-Əhli Əl-Maadan xəstəxanasına raket hücumu nəticəsində 500-dən çox qurban var", - Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi telekanala bildirib.

Məlumata görə, xəstəxana binası Qəzza zolağının şimalından gələnlər üçün sığınacaq kimi də istifadə edilib.

Qeyd edək ki, İsrail hərbçiləri hadisəni araşdırdıqlarını açıqlayıb.